Xəbər lenti

 İsrailin Baş naziri Benyamin Netanyahu Ermənistanın Xarici işlər naziri Edvard Nalbəndyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

Report xəbər verir ki, Edvard Nalbəndyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.

Qeyd edək ki, İsrailin Baş naziri və Xarici İşlər naziri Benyamin Netanyahunun dəvəti ilə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 8-11-2017, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma