Xəbər lenti

Putin-Ərdoğan görüşündən sonra Lavrov Bakıya gəlir - Qarabağ GEDİŞİ
Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək.

Publika.az
 xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq.

“Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər”, - deyə o bildirib.

Qeyd edək ki, Lavrovun səfəri ilə bağlı məlumatın dünən Putin-Ərdoğan görüşündən sonra yayılması diqqət çəkir.




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 14-11-2017, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma