Xəbər lenti

Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr aparılır.

“Report”un xəbərinə görə, tədbir parlamentin İnsan hüquqları komitəsinin, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Müzakirələrdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elman Aslanov, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanda “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 290          Tarix: 16-11-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma