Xəbər lenti

 Noyabrın 22-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə Berlin şəhərində Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialına həsr olunmuş “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” adlı biznes forum keçirilib.

Səfirlikdən  verilən məlumata görə, Forumda Almaniyanın müxtəlif dövlət qurumlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsi iştirak edib. Almaniyanın “Deutsche Bahn Engineering and Consulting GmbH”, “Airbus”, “Kühne & Nagel”, “Kocks Ardelt Kranbau GmbH”, “Uniper” və digər qabaqcıl şirkətləri toplantıda təmsil olunub.

Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü, “Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils qonaqları salamlayıb. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov və Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms giriş nitqləri söyləyiblər.//APA




Ana səhifəyə qayıt        Baxış: 755          Tarix: 22-11-2017, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma