Xəbər lenti

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

“Report”un məlumatına görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 30-11-2017, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma