Xəbər lenti

"Beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

"Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk andan etibarən onun təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində çağırışla üzləşib. Ərazisinin 1/5 hissəsinin işğalından, yüzminlərlə vətəndaşının məcburi köçürülməsindən uzun müddətdir əziyyət çəkən ölkə kimi Azərbaycan sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam mənadə dərk edir.

İyirmi ildən çoxdur Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonumuzu işğal edib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Dağlıq Qarabağda, Azərbaycanın bəzi digər bölgələrində, eləcə də Ermənistanda  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb", - dövlət başçısı vurğulayıb.

"Status-kvo dəyişdirilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır", - Prezident bildirib.




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 1-12-2017, 13:27      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent