Xəbər lenti

"ABŞ-ın Azərbaycandakı səfirliyi gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi, habelə qadınların bacarıqlarının gücləndirilməsi istiqamətində Azərbaycanlılarla əməkdaşlıqdan məmnundur”.

Bunu ABŞ səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ-ın Azərbaycanda həyata  keçirdiyi proqramlar qadınlar üçün iqtisadi imkanların genişləndirilməsi və onların biznes, icmalarda liderliklərinin təmin olunmasına köməklik göstərməklə yanaşı, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində də aktiv iştiraklarını gücləndirir: “Getdiyimiz yolun sonuna hələ çox var, amma bu yolla davam edəcəyik. Gender əsaslı zorakılığa son qoymaq yalnız doğru addım deyil, həmçinin ağıllı yanaşmadır. Heç kim kənarda qalmasın. Qızlara və qadınlara qarşı zorakılığa son deyək”.

APA




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 5-12-2017, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma