Xəbər lenti

                                              

                  

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü başlayıb.Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” mikrobloqunda yazıb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunur.Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.//Ovqat.az




Ana səhifəyə qayıt        Baxış: 1 066          Tarix: 6-12-2017, 22:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma