Xəbər lenti

                                   

Dekabrın 7-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Bişkek şəhərinə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Sədaqət Vəliyeva, İlham Əliyev, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşüb.

Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının sabah keçiriləcək iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 7-12-2017, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma