Xəbər lenti

      

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.Görüşdə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.

V. Putin görüşdə Suriyadan qaçan terrorçuların üzərində effektli nəzarət həyata keçirmək üçün MDB xüsusi xidmət orqanlarının əməkdaşlığının vacib olduğunu söyləyib: “Terrorla mübarizə xüsusi xidmət orqanlarınınəsas fəaliyyət istiqamətlərindən biridir. Terrorçuluğa gəldikdə isə, sizə heç nə demək lazım deyil. Siz özünüz hər şeyi bilirsiz. Bu istiqamətdə lazımi məlumatları biz məhz sizdən alırıq. Bizim üçün dünyada bu sahədə nələrin baş verdiyi olduqca önəmlidir. Hazırda vəziyyət çöx gərgindir”.

Putin görüşdə iştirak edən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə rusiyalı həmkarlarına təqdim etdikləri məlumatlara görə təşəkkürünü bildirib: “Beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə ancaq birgə əməkdaşlıq şəraitində mümkündür”.

Rusiya prezidenti təhlükəli cinayətkarların reyestrinin yaradılmasının dəfələrlə təklif olunduğunu xatırladıb: “Lakin təəssüflər olsun ki, tam və ətraflı cavab almamışıq. MDB ölkələri xüsusi xidmət orqanlarının bundan sonra da əməkdaşlığına ümid edirəm. Mütəşəkkil cinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı birgə əməkdaşlıq dövləti daxildən möhkəmlətməyə imkan verir”.//APA




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 19-12-2017, 23:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma