Xəbər lenti

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, qanun layihəsi 8 fəsil 39 maddədən ibarətdir və Azərbaycanda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Müzakirələr zamanı fikir ayrılığı yaranıb, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunub. Bildirilib ki, qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır.

Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.

Qeyd edək ki, hazırda tətbiq olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə hazırlanıb.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 25-01-2018, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma