Xəbər lenti

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.

APA-nın məlumatına görə, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.




Ana səhifəyə qayıt        Baxış: 860          Tarix: 2-02-2018, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma