Xəbər lenti

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a  verilən məlumata görə, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan bölmələri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: 

"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 8-02-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma