Xəbər lenti

“Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin ikinci yarısında keçiriləcək”.

 “Sputnik-Qazaxıstan”ın verdiyi xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib.

O bildirib ki, sammitdə Xəzərin statusuna dair Konvensiyanın imzalanması gözlənilir: “Bu sənəd Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında imzalanacaq bir sənəddir. Tərəflər bütün detallarda razılaşıblar. Sənədin mətni demək olar ki, hazırdır”.

Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa çatması gözlənilir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq/APA.




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 15-02-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma