Xəbər lenti

 

Boris Cereliyevski

“Военно-промышленный курьер”, 20.02.2018

 

Əfqanıstan xəbərləri ən yaxın vaxtlarda qəzetlərin birinci səhifələrində mərkəzi yer tuta bilər. KTMT baş direktoru müavini Valeri Semerikov ölkənin şimal bölgələrində baş verənlərlə bağlı narahatlığını rəsmən ifadə edib. Rusiyada yasaqlanmış İŞİD döyüşçülərinin bu ölkədə sürətlə çoxalması daha çox təşviş doğurur. Əfqanıstan başçsı aparatının məlumatına görə, ölkədə indiki anda qruplaşmanın yeddi minə yaxın terrorçusu yerləşib.

RF XİN MDB Üçüncü Departamentinin direktoru Aleksandr Sternik MDB-nin cənub hüdudlarının təhlükəsizliyinin təminatı haqda artıq görülmüş tədbirlərdən danışıb. Tərəfdaşlarımızın silahlı qüvvələrinin modernləşdirilməsi aparılır, kadrlar hazırlanır. Rusiyanın Tacikistandakı 201-ci hərbi bazası sərhədin daha təhlükəli hissələrinin qorunması vəzifələrinə uyğunlaşdırılıb. Qırğızıstandakı aviabazamızın potensialı gücləndirilib. MDB-də bölgəsəl sərhəd güvənliyi sistemi üzərində iş aparılır. Müttəfiqlərin özlərini sakit hiss etməyi üçün bu tədbirlər bəs etməlidir. Diplomat qeyd edib – risklər dünən meydana çıxmayıb, buna görə də Rusiya KTMT, MDB üzrə tərəfdaşları kimi zəruri tədbirlər görür.

Keçən il Özbəkistan və Türkmənistanla strateji və hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi məsələlərində müəyyən dərəcədə irəliləyiş olub. Məlum olduğu kimi, bu ölkələr bu yaxınlaradək yetərincə özəl siyasət yürüdürdü, amma indi durum dəyişilib. Bu Mərkəzi Asiya respublikalarına xeyli cavan və enerjili, öz dövlətlərinin islahatı və modernləşdirilməsinə köklənən liderlər başçılıq edirlər.

Türkmənistan sərhədləri 2015-ci ildən qonşu Əfqanıstandan quldur birləşmələrinin biriklənmiş hücumlarına məruz qalır, təkcə iyulda təcili qulluqdan 12 zabit və əsgər həlak olub. Ölkə 2016-nın iyununda “Taliban” döyüşçülərilə vuruşdmada 27 sərhədçi itirib. İŞİD terrorçuları MDB-nin cənub sərhədlərində az fəal deyil, onların hədəfi, zədələnməsi Türkməınistan iqtisadiyyatına ziyan vuracaq və Çin üçün böyük problemə çevriləcək Türkmənistan-Çin qaz kəməridir: o, sərfəli qiymətə qaz tədarükündən məhrum ola bilər. Ölkənin müdafiə bacarığı və dövlət sərhədlərinin qorunmasından son dərəcə təşvişdə olan Aşqabadda durumu çox gözəl anlayırlar. Çünki respublikanın silahlı qüvvələri çox da böyük deyil, hərbi dəstək aramağa məcburdur.  

Lakin güvənlik üzrə Rusiya-Türkmənistan danışıqları və bu yöndə konkret addımlar çox gözə soxulmasa da, 2005-ci il müttəfiqlik  müqaviləsilə bizə bağlı və oxşar çağırışlarla üzləşmiş Özbəkistanla hərbi-texniki əməkdaşlıq yetərincə geniş işıqlandırılır. Məsələn, xüsusi təyinatlıların dağ bölgəsində birgə təlimi haqda məlumat var.

Ümumi təhlükələrdən savayı, diplomatiya yaxınlaşmağa şərait yaradıb. Aşqabadda və Daşkənddə əmin olublar ki, Moskva ilə əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi suverenliyi nəinki təhdid edir, əksinə, etibarlı müdafiədir.  

 

Ştatlar dünyanı qorxudur

 

Birləşmiş Ştatlar da Əfqanıstanda son zamanlar baş verənlərlə bağlı son dərəcə təlaş ifadə edir. Vaşinqtonda burada güc toplayan terrorizmlə mübarizə aparmaq niyyətindən elə hey danışırlar. Həm də 17 illik Amerika işğalı durumu nəinki yaxşılaşdırıb, həm də haradasa ağırlaşdırıb. Tramp administrasiyası milli barışıq yollarını aramaq əvəzinə “Qəti dəstək” (2015-in 1 yanvarından bu adla Əfqanıstanda NATO-nun uzunmüddətli əməliyyatı keçirilir) missiyasını genişləndirmək və hərbi kontingentin artırılması qərarı alıb. ABŞ prezidenti həm də Pentaqon şefini qoşun sayını özbaşına müəyyən etməyə müvəkkil edib və faktiki olaraq bütün “Əfqanıstan siyasəti”ni hərbçilərin iltizamına verib. Lakin son münaqişələrin təcrübəsindən gördüyümüz kimi, kontingentin çoxaldılması heç də terrorizmlə mübarizənin gücləndirilməsilə eyni mənalı deyil, daha çox əksinədir. Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai lap bu yaxınlarda ABŞ-ın ünvanına sərt ittihamlarla çıxış edərək bildirib ki, işğalçılar hərbi iştirakın bütün müddəti ərzində ekstremizm və terrorizmin artımını azaltmağı bacarmayıb və hansısa şəkildə İŞİD-in ölkədə peyda olmasına imkan veriblər. Kərzai əlavə edib ki, xilafət səpələnir və Əfqanıstandakı Amerika kontingenti təhlükəyə qarşı heç bir hərəkət etmir. Diqqətçəkəndir ki, ABŞ Milli Kəşfiyyatının başçısı Deniel Kouts Kərzai ilə eyni zamanda qeyd edib ki, Əfqanıstanda durum pisləşir, taliblər isə əraziləri ələ keçirməyi davam etdirirlər və İŞİD-in ölkədə genişlənməsi haqda bir kəlmə də deməyib. Bunu amerikalıların taliblərdən fərqli olaraq bu təşkilatın döyüşçülərini öz maraqları üçün təhlükə saymadıqlarının dolayı etirafı kimi dəyərləndirmək olar.

Siyasi tənzimləmə prosesi ona görə yığışdırılıb ki, ABŞ üçün arzuolunmaz formalar alıb. Məsələn, Gülbəddin Hikmətiyarın Əfqanıstan İslam Partiyası barışıq prosesinə qoşulmaqla  milli birlik hökumətilə saziş bağlayaraq  dərhal işğalıçıların ölkədən çıxarılması və “Taliban”la sülh danışıqlarının səmərələşdirilməsi haqda məsələ qoyub. Aydındır ki, əfqanıstanlıların ƏİR ərazisində xarici kontingentlərin olmasını gərəksiz edən əsil milli barışığı Vaşinqtonu qane etmir.

 

Terrorun Herkules qanadları

 

İran Baş Qərargahı rəisi Məhəmməd Baqiri Vaşinqtonu birbaşa ittiham edib ki, İŞİD döyüşçülərinin qonşu ölkəyə keçirilməsi onun tərəfindən təşkil olunub. İran KİV-ləri generaldan sitat gətirib: “Amerikalılar İŞİD və başqa qruplaşmaların İraq və Suriyada qəsb etdikləri əraziləri itirdiyini dərk edəndə döyüşçüləri müxtəlif yollarla Əfqanıstana daşıyıblar və Əfqanıstanda partlayış, terror və yeni cinayətlərin şahidi oluruq”.

Amerikanın İraqdakı bazalarından hər gün ABŞ HHQ-nin adam, silah və texnika yüklənmiş nəqliyyat təyyarələri havaya qalxır və Əfqanıstana sarı yön alır. Bağdadın xəbər verdiyi kimi, bununla belə, Amerika qoşunlarının rəsmən çıxarılması hələ başlanmayıb.

Lakin İŞİD-in fəaliyyətinə dair Kabulun həyəcanı son bir neçə ayda nisbətən azalıb və əsas narahatlığı, rejimin nisbətən yaxınlarda milli barışıq yolları aradığı “Taliban”a cəmləşib.

Duyum yaranır ki, Kabulda İŞİD-dən öz varlqılarına təhlükə görmürlər.Düzünü desək, çox da təəccüb doğurmur. Axı taliblərin vəzifəsi ölkədə hakimiyyətin qaytarılması və ya heç olmasa, koalisiya hökumətində aparıcı roldursa, İŞİD-in əsas hədəfi Əfqanıstan hüdudlarından qıraqdadır. Xilafətçilərin əsas qüvvələrinin şimalda, MDB sərhədlərində cəmlənməsi təsadüfi deyil. Onların milli tərkibinin də qeyd olunması lazımdır – Orta Asiya respublikalarının, Şimali Qafqazın sakinləri, uyğurlar. Onların Əfqanıstana daha çox əməliyyat meydanı kimi yanaşdıqları sirr deyil.

ABŞ-ın İraq və Suriyadakı bazaları ilə Əfqanıstan arasında intensiv hava əlaqəsi bundan xəbər verə bilər ki, “şimala basqın”na hazırlıq final mərhələsinə daxil olub. Yəni Rusiyaya qarşı “Orta Asiya cəbhəsi” ən yaxın vaxtlarda açıla bilər. Bütün bunların ölkəmizin səylərinin Yaxın Şərq, Mərkəzi Asiya və Donbas arasında səpələnməsi üçün Ukrayna hərbi birləşmələrinin xalq respublikalarına qarşı ikimiqyaslı təcavüzü ilə sinxron baş verəcəyi ehtimalı var. Amma ümid var ki, Rusiya MDB sərhədlərinə qəsdi fövtə verməyəcək. Aleksandr Strenik bildirib: “Cənub istiqaməti Əfqanıstandakı durum üzündən bizim üçün çoxdan özəl diqqət obyektidir. Hazırda silahlıların Suriya və İraqdakı məğlubiyyətdən sonra ora keçirilməsini də nəzərə almaq lazım gəlir”.

Müdafiə naziri Sergey Şoyqu bir qədər əvvəl izah edib ki, Tacikistan və Qırğızıstandakı Rusiya hərbi bazalarının ən yeni silahlarla gücləndirilməsi terrorçu fəallığın Əfqanıstandan Mərkəzi Asiyaya keçməsinə mane olmaq üçün gərək olub.

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 21-02-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma