Xəbər lenti

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Trend-in bildirir ki, bu barədə Avropa Şurasının məlumatında deyilir.

T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib: "Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".

 




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 2-03-2018, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma