Xəbər lenti

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoynda deyirik ki, ona niyə abidə ucaldıblar?”.

Bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçilyinin qurucusu Heydər Əliyevdir:

"Ancaq nədənsə Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Növxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevrimirk? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niyə abidə qoyurlar? Belə yanaşma olmaz axı”.

modern.az

 




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 30-03-2018, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma