Xəbər lenti

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna, “Konstitusiya Məhkəməsi haqqında” qanuna, “Məhkəmələr və hakimlər haqqında” qanuna, “Torpaq islahatı haqqında” qanuna və digər qanun və məcəllələrə dəyişiklik müzakirə ediləcək.

İclasda həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinləniləcək.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin mayın 1-ə və 4-ə təyin edilən iclaslarının gündəliyinə 56 məsələ daxildir. Ötən iclasda artıq 33 məsələyə baxılıb, bu gün isə digər qalan məsələlərə baxılacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 4-05-2018, 13:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent