Xəbər lenti

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilib.

Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb.

İclasda rəy barədə fikir və təkliflər bildirilib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.




Ana səhifəyə qayıt        Baxış: 451          Tarix: 22-05-2018, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma