Xəbər lenti

Andrey Nikolayev

rosbalt.ru, 15.06. 2018

 

İrəvanda Katolikos II Qareginin mənsəbdən imtinası tələbilə mitinqlər keçirilir. Etiraz edənlər ali iyerarxı hətta “əxlaqi pozğunluq”da ittiham edirlər.

Gürcüstan patriarxı II İliya avtoriteti necə yerə vurmamaq təcrübəsini katolikosla bölüşə bilərdi. Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya bu yaxınlardakı moizələrinin birində deyib: “İmana qaba şəkildə toxunmaq gərəkməz – bu, cəzasız qalmır” .

Onun birbaşa çıxışının Gürcüstan iyerarxının tezliklə Ermənistanda başlanan proseslərə toxunan xəbərdarlığına heç bir dəxli yox idi,  yəni: İrəvanda bütün ermənilərin Ali Patriarxı və Katolikosu İkinci Qareginin mənsəbdən imtinası tələbiylə bağlı aksiyalar müntəzəmləşib. Burada “sadə vətəndaşlar”dan savayı bir neçə keşiş iştirak edir. Ruhanilərin təmsilçiləri hətta öz aralarında dava-dalaşa başalyıblar – bəziləri Katolikosun toxunulmazlığı uğrunda çıxş edir, eyni zamanda biriləri onun getməyini tələb edirlər. Erməni kilsəsində ikitirəlik göz qabağındadır.

Yeri gəlmişkən, Gürcüstanda da kilsəni parçalamaq cəhdləri olub, amma burada II İliyanın nüfuzu o qədər yüksəkdir ki, patriarxın və pravoslavlığın gözdən salınması puça çıxıb. Sual: iki qonşu respublikada müxtəlif cür olsa da, uyğun proses niyə praktik olaraq paralel baş verir? Və bunların “yönəldilmə mərkəzi” eynidirmi?

II Qaregin və Erməni Apostol Kilsəsinin (EAK) ali ruhani şəxslərini “əxlaqi pozğunluq”, proteksionizm və sair günahlarda müqəssir bilirlər. Respublikada hətta “Yeni Ermənistan, yeni patriarx” hərəkatı yaradılıb. Yəni təcrübi olaraq aydındır ki, baş nazir Nikol Paşinyan başda olmaqla hakimiyyətə yeni adamların gəlişi  kilsə rəhbərliynin dəyişilməsilə birbaşa bağlıdır. Özü də “üzürlü” bəhanə altında: İrəvanda getdikcə daha çox iddialar səslənir ki, II Qaregin inqilabi yolla aşırılan baş nazir Serj Sərkisyana yaxın idi. Və Ermənistanda kilsə dövlətdən ayrı olsa da, Katolikos isə Ali Ruhanui Şura tərəfindən ömürlük seçilsə də, əslində, göründüyü kimi, bunun heç bir önəmi yoxdur. Ermənistan hökumətinin məntiqi və “vətəndaş cəmiyyəti” deyilən kəsimdən “qrantyeyənlər”in böyük bölümü heç bir qanuna – nə dünyəvi, nə də dini – tabe olmadan inqilabi olaraq qalır.

Xüsusən də yuxarıda xatırladılan “Yeni Ermənistan”ın üzvü Gevork “Sputnik Армения” ilə söhbətdə İkinci Qareginə qarşı əsas iddiaları sadalayaraq “kilsəni əsilləşdirməyin” gərəkdiyini bildirib. O deyib: “Kilsə bina etmək – əsilləşmə deyil, insanların qəlbini əsilləşdirmək gərəkdir,bunların birincisi isə onların özləri (yəni keşişlər-red.) olmalıdırlar”.

Onun iddasına görə, “Din adamlarının əksər təmsilçiləri arqumentli şəkildə əxlaqsızlıq, çoxarvadlılıq, biznesə cəlb olunmaq və sairədə ittiham olunurlar”.

Lakin, məsələn, II Qaregin Surb Qriqor Lusavroçiç məbədində əlqoyma mərasimi keçirərkən məbədin həyətində salınan dava kilsəni nə qədər “əsilləşdirir”? Və Katolikosun “iblis” olduğu haqda mitinqçilərin iddiası “yüksək əxlaq”a nə dərəcədə sığışır?

Eçmiədzin dəftərxanasının rəhbəri, baş keşiş Arşak Xaçatryan bildirib ki, İkinci Qaregin heç hara getməyə yığışmır və mitinq edənlərlə görüşə  hazırdır. O, etiraz aksiyasına qatılanların pastva üzvü olduğuna şübhəsini bildirib; xatırladıb ki, heç kimin Katolikosun mənsəbdən imtinasını tələb etməyə hüququ çatmır. Erməıni kilsəsi başçısının “əxlaqsız davranışı”na gəlincə, Xaçatryan hesab edir ki, buna sübut yoxdur və “hamısı dedi-qodudur”.

Ümumiyyətlə, iş o yerə çatıb ki, mitinqçilər hətta ermənilərin ən çox sevdikləri və çox yüksək ehtiram bəslədikləri mərhum katolikos Birinci Vazgen haqda da qərəzli fikirlər söyləyiblər. Razılaşaq ki, bütün bunlar heç də imandan və mənəviyyatdan deyil və getdikcə daha eybəcər formalar  alan dünyəviliyə “çulğaşıb”. Baş naziri aşırtmaq bir məsələdir, keçmiş baş nazirə “yaxından” bağlı olan Kartolikosa qarşı iddialar nə qədər olsa da, onu aşırtmaq başqa məsələdir. Belə ki, Katolikosa qarşı mübarizəni keçmiş hakimiyyətlə mübarizənin davamı adlandırmaq olar. Amma təkcə onunla deyil – bu haqda aşağıda danışılacaq.

İkinci Qaregini “bir dəfə də mətbuat konfransı keçirməmək”də qınayırlar. Bu niyə ruhani rəhbərin vəzifəsinə aid olmalıdır, aydın deyil. Axı, əslində, onun mətbuat konfransları moizə və liturgiyalarıdır (xristianllıqda ən əsas ibadət ayini-red.). Lakin hiddətlənmiş “pastva”ya bunun heç bir dəxli yoxdur. Baş nazir Paşinyan da özünü elə aparır ki, sanki baş verənlər onluq deyil, amma həqiqətdə belədirmi? İnqilabın “təzə-tər” mehi altında II Qareginin yerinə kimisə göz ediblərmi? Belədirsə, Katolikosun ittiham olunduğu “hakimiyyətin kilsəylə calaşması” təkrarlanacaq. Lakin bu o zaman mənfur Sərkisyana calaşırdı və bu, pis idi. İndi isə kilsənin ehtimal edilən yeni başçısı inqilabi hakimiyyətə calaşacaq ki, bu da yaxşıdır. Odessada deyildiyi kimi, “bu, iki böyük fərqdir”.

Katolikosun “istefası” tələbinin ikinci səbəbi – ki, artıq özülüyündə nonsensdir – bundan ibarətdir ki, Erməni Apostol Kilsəsi ölkədə təriqətlərin fəaliyyətinə qarşı fəal çıxış edir – “Korrupsiyaya müqavimət assosiasiyası”nın rəhbəri Aleksandr Amaryanın məlumatına görə, bunlar Ermənistanda 52-dir – söhbət rəsmən qeydiyyatdan keçənlərdən gedir. Qeyri-rəsmi məlumatlara görə isə, təriqətlər 250-dən çoxdur və əksəriyyəti qeyri-dini adla çalışır. Aydındır ki, ən qədim xristian kilsələrindən birinin nüfuzu onlara ciddi rəqabət yaradır. Uyğun olaraq, ermənilər üçün ənənəvi dini, habelə ruhani liderini, ən azı, nüfuzdan salmaq lazım gəlir. Bu və ya digər siyasi qüvvə və təriqətlərə öz maraqlarında əhalini zombiləşdirməyə yol açan yetərincə geniş yayılmış praktika. Lakin əvvəlcə onu, yəni əhalini etiqad bəslədiyi dindən və öyrəndiyi bütün əxlaqi-etik prinsiplərdən iyrəndirmək gərəkdir. Əslində Gürcüstanda da bu cür praktikanı işlətməyə çalışıblar və hələ də çalışırlar. Lakin II İliya gürcülər üçün Birinci Vazgen bir zamanlar ermənilər üçün olduğu qədər yüksək avtoritetdir. Buna görə də, çox ehtimal ki, uyğun istiqamətin müxtəlif QHT-lərini maliyyələşdirən okeanarxası “qızılaxtaranlar”ın təcrübəsi hələlik böyük uğura malik deyil – II İliya əvvəlki kimi Gürcüstan hökuməti təmsilçilərini özündən xeyli geridə qoyaraq əhalinin inam reytinqində birinci yeri tutur. Məlum olduğu kimi, “damcı daş dələr”, amma çətin ki, Gürcüstanda pravoslavlıq və kilsənin buradakı rolunu özülünədək sarsıda bilər.

Lakin Ermənistandakı duruma qayıdaq. Mətbuat konfransında Amaryanın dediyi kimi, Katolikosa qarşı kampaniyada (Erməni Apostol Kilsəsinin mərkəzi) Eçmiədzinin də günahı var. “Amma unuduruq ki, – o, qeyd edib, –  Eçmiədzin bizim inamımız və müqəddəs ocağımızdır və məsələlər bu gün edildiyi kimi, meydanlarda deyil, onun daxilində həll olunmalıdır”.

Onun sözlərinə görə, kilsədə hazırda Katolikosa qarşı çıxış edən “incik düşmüş keşişlər” var. Sual doğur: onlar məhz niyə indi dilə gəliblər və meydana çıxan problemləri EAK-nin özündə qaldırmayıblar? “Çünki bacarmayıblar, – Amarayan cavab verir. – Kilsə bu adamların niyə yerində olmadığı haqda hər şeyi indi dərc etsə, etiraz edənlər  olmayacaq. Amma kilsə nədənsə susur. Müdafilə olunmaq deyil, hücum etmək lazımdır”.

EAK-in günahına gəlincə, “Yevangeliya kilsəsi lənətlənibsə, onda “biz bacı kilsələrik” demək, eyni zamanda lənəti götürmək lazm deyil, buna uyğun davranmaq lazımdır ”.

Amaryan habelə qeyd edib: “Unutmaq olmaz ki, ermən ilər yüz illərlə müsəlmanların əsarəti altında qalarkən Erməni Apostol Kilsəsi dini qoruyub. Ədəbiyyatımızı və milli eyniyyətimizi kim qoruyub? Əlbəttə, EAK”.

O həmçinin əminliyini ifadə edib ki, hazırda İrəvanda baş verən hadisələrin arxasında artıq sınanmış texnologiyaları işlədən təriqətlər durur.

Yəni ənənəvi dünyəvi dinlərlə mübarizə artıq bütün Cənubi Qafqazı bürüyüb. Deməli, bu, kiməsə əl verir və uyğun maraqların bələdçiləri yetərincədir. Bölgədə hələlik yalnız Azərbaycan bununla fəal mübarizə aparır.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 16-06-2018, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma