Xəbər lenti

“Azərbaycan Qərblə ilə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib”.

Bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb və ən mühüm yerində, Şərqlə Qərbin, İslamla xristianlığın qovuşduğu yerdə yerləşir: “Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından zəngin ölkədir”.

Baş nazir qeyd edib ki, Azərbaycan Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib: “Azərbaycan bu istiqamətdə çox böyük layihələr həyata keçirib. Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək üçün böyük addımlar atıb. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması üçün çox böyük addımlar atıb”.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 22-06-2018, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma