Xəbər lenti

“Son illərdə Rusiya Bakı ilə Yerevan arasında hərbi balansın Azərbaycanın xeyrinə pozulduğunu etiraf etməyə məcburdur.  Ermənistanla hərbi balansı bərpa etmək üçün heç bir imkanları yoxdur”.

Bu sözləri Prezident Heydər Əliyevin  sabiq köməkçisi, politoloq Eldar Namazov Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ruslar daim güclər arasında balansı qoruyub saxlamağa çalışıblar: “Xatırlayıram ki, 90-cı illərin ortalarında məxfi sənədlər əldə etdik. Rusiyanın Ermənistana 1 milyard dollar dəyəri olan silahlar verməsi haqda xəbər qəzet səhifələrində çap olundu. Bunun ətrafında çox böyük qalmaqal qopdu. Demək olar ki, siyasi böhran yarandı. Həmin vaxt mərhum prezident Heydər Əliyevin Rusiyaya rəsmi səfəri oldu. O vaxtkı Rusiya prezidenti Boris Yeltsinlə üz-üzə oturub, bu məsələni ciddi müzakirə etdilər. Mən də həmin görüşdə Azərbaycan tərəfdən iştirak edirdim. Bunu gizlətməyin mənası yoxdur. Yadımdadır, Rusiya rəhbərliyi açıq deyirdi ki, “biz sizə imkan verməyəcəyik ki, Cənubi Qafqazda balansı dəyişəsiz. Nə qədər siz güclənsəniz də, biz Ermənistana köməklik edəcəyik ki, onlar hərbi balansı saxlaya bilsinlər”. Bilirsiz, bu, Rusiyanın ənənəvi siyasətidir. Son dövrlərdə də bəzi ermənipərəst Rusiya məmurları, ekspertləri də hərdənbir bu formulanı təkrarlayırlar: “Hərbi balansı qoruyub saxlamalıyıq”.

 




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 25-06-2018, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma