Xəbər lenti
7-03-2019, 22:48

Expert.ru, 25.06.2018

 

ABŞ prezidenti Donald Trampın ən yaxın müttəfiqlər və qonşulara qarşı başladığı ticarət savaşı davam edir: Çin mallarına rüsum tətbiq edilib. Tramp ABŞ-a Çin ixracatı üçün məhdudlaşdırıcı tədbirləri çoxdan elan etmişdi, amma yenə də sürpriz olub. Axı Vaşinqton və Pekin danışıqlar aparıb və Çin ciddi güzəştlərə gedib. ABŞ-ın əsas iddiaları Çinin xeyrinə 2017-ci ildə 376 milyard dollara çatan nəhəng ticarət kəsiri və Pekin tərəfdən əqli mülkiyyət hüququnun pozulmasıdır. Prezident 2021-ci ilə doğru kəsiri 200 milyard dollar azaltmağı və Amerika ixtiralarından pulsuz faydalanmağı dayandırmağı tələb edib. ÇXR Dövlət Şurası baş nazirin birinci müavini Lyu Henin bu yaxınlarda Vaşinqtona səfəri və Trampla danışıqlardan sonra tərəflər sanki güzəştə gəlib və fəaliyyət planını uzlaşdırıb.

Lakin Donald Tramp yenə də 6 iyuldan Çinin min adda malına 25% rüsum tətbiq edib. Bunlar əsasən yüksəktexnologiya məhsullarıdır: aviasiya, rabitə vasitələri, dərmanlar və tibbi avadanlıqlar, maşınqayırma məhsulları və başqa mallar – amerikalıların fikrincə, Çin özgəsinin texnologiyasından qanunsuz istifadə edir. Rüsumlar Çinin ABŞ-a 50 milyard dollar məbləğdə ixracatının 10%-inə də aiddir. Bu zaman Tramp öncədən şərt qoyub ki, ÇXR sədri Si Szinpinlə dostluğa baxmayaraq, bu addımı atıb və Pekini cavab addımlardan çəkindirib, bu halda yeni rüsumlar tətbiqini vəd edib. Lakin, görünür, Çin ABŞ-la dostluğu çox da əziz tutmayaraq ABŞ-dan ümumən 50 milyard dollar məbləğdə mallara 25%-lik rüsum tətbiq edib. 34 milyardlığa rüsumlar Amerikanınkı kimi iyulun 6-dan qüvvədə olacaq , Pekin qalan 16 milyarda rüsum tətbiqi tarixini isə hələlik elan etməyib. Tramp məşhur pauzanı dəyərləndirmədən, vəd etdiyi kimi də, 200 milyardlıq Çin mallarına yeni rüsumlar hazırlamağı tapşırıb, amma bu dəfə rüsumlar “cəmi” 10% təşkil etməlidir. Bu qayda ilə Çinin ABŞ-a 250 milyard dollarlıq ixracatının 50%-i rüsuma düşür. Amerikadan cəmi 130 milyard dollarlıq mal alan Çin cavab imkanından məhrumdur: Amerika ixracatının yalnız 80 milyardlığı əlavə rüsumsuz qalır. Pekin Amerikanın qalan mallarına rüsum qoymağı qət etsə, onda Tramp tən cavab verərək ABŞ Çinin yarımtrilyonluq ixracatının ümumi həcmindən daha 250 milyarda rüsumlar tətbiq edəcək. Çin ixracatının 20%-dən çoxu ABŞ-ın payına düşür və Amerika bazarının itirilməsi Pekin üçün ən güclü zərbə olar, ticarətin məhdudlaşdırılması üzrə Çinin cavab tədbirləri isə ABŞ-a xüsusi təsir etməyəcək.

Çin fond bazarı xəbərlərdən sonra ciddi tənəzzül yaşayıb, bundan başqa, yuanı ucuzlaşdırmaq lazım gəlib. İstehsalı Çində yerləşdirən Amerika firmaları Pekinin cavab hərəkətindən ziyan çəkə bilər, Amerika şirkətlərinə qarşı repressiyalar onların Çindən gedişinə səbəb olacaq, Çinin özünə də ziyan vuracaq.

Çox maraqlıdır ki, Tramp Şimali Koreya lideri Kim Çen Inla  nüvəsizləşmə haqda uğurlu danışıqlardan dərhal sonra Çinlə ticarət savaşına qət edib. Tramp Pekinin yardımından faydalanaraq KXDR-ə nisbətdə sanksiyalara qoşulub özünü ona borclu saymır. Uzaqlaşan nüvə münaqişəsi təhlükəsi ona, çətin ki, güc cavabı verməyə cürət edəsi Çinə daha cəsarətlə basqı göstərmək imkanı verib. ABŞ-dakı durum da Trampa yardım edir: iqtisadiyyat dalbadal doqquz ildir yüksəlir, mayda işsizlik cəmi 3,8% təşkil etməklə 2000-ci il rekordunu təkrarlayıb. Trampa dəstək reytinqi artıb: keçən ilin axırında 35%-ədək düşərək 45%-ə qayıdıb, yalnız onun prezident seçildiyi anda isə 46% təşkil edib. Tramp güclü arxa cəbhəyə malik olmaqla ticarət savaşına başlamaqdan və rəqibin daha çox itirəcəyini bilərək bəzi məsariflərə düçar olmaqdan qorxmur.

Donald Tramp dünya ticarətinin şərtlərini yenidən nəzərdən keçirməkdə olduqca əlverişli mövqe əldə edərəkn hər bir ölkəni ayrılıqda terrorizə edir. Ticarət mübahisələrini həll etmək üçün nəzərdə tutulan Ümumdünya Ticarət Təşkilatı o qədər astagəl və effektsizdir ki, Amerika prezidenti, sadəcə, onu saymır. Hər hansı böyük ticari tərəfdaş hər halda Amerika istehsalçısına əsaslı ziyan vurmağı bacararsa, onda Tramp başqalarını boğmağı davam etdirərək ancaq ona güzəşt edəcək. Məsələn, Avropa Birliyi polad və alüminiuma Amerika rüsumlarının cavabında iyunun 22-dən Amerika motosikli, viski və cinsə ümumi məbləği 2,8 milyard avro rüsum tətbiq edib. ABŞ-ın Avropa Birliyi ilə ticarətindəki kəsir cəmi 151 milyard dollar təşkil edir və Çindən fərqli olaraq Vaşinqtonla dartışmada cavab tədbirləri görməklə Avropa Birliyinin öz hüquqlarını qorumağa daha çox şansı var. Çin heç kimlə iqtisadi ittifaqa girmədən çayda onun bütün düşmənlərinin meyidləri  gələrkən uzun müddət gözləyib, yekunda isə ticarət savaşında qorxunc düşmənlə təkbətək qalıb. Ola bilsin, ABŞ və Çinin ticarəi mübahisəsi təkcə iqtisadi xarakter daşımır. ABŞ-a meydan oxumağa qabil olduğuna çoxdan eyham vuran Pekin cababında önləmə siyasətinə tuş olub. ABŞ yeni texnologiyaların hazırlanmasında Çini qədər ki qabaqlayır, Pekin onun hegemoniyası üçün ciddi təhdid təşkil etməyəcək. Onda Çinin yüksək texnologiya sektoruna zərbə endirilməsi təsadüfi deyil.

Rusiya da Amerika rüsumlarına cavab olaraq 537 milyon dollar məbləğində mala dair tədbirlər görür, Hindistan 241 milyon, Türkiyə isə 300 milyon dollarlıq mala rüsum tətbiq edib. Çin, Rusiya və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına daxildir, Türkiyə isə dialoq üzrə tərəfdaşdır. Lakin ŞƏT-in bu günlərdəki sammitində Amerika sanksiyalarına kollektiv cavab haqda məsələ müzakirə edilməyib, çünki Çin sammitdən sonra bunu əldə edib. ŞƏT çərçivəsində beynəlxalq ticarət məsələsi üzrə ümumi mövqeyin ABŞ-a təsirdə daha sanballı effekti olardı.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 191          Tarix: 25-06-2018, 17:21      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar