Xəbər lenti

 

REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

 

APA-nın məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev özünün “Facebook” səhifəsində yazıb.

 

O bildirib ki, işə avqustun 10-də Şəki Apellyasiya Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu  İ. Məmmədov barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunur. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Şəki Apellyasiya Məhkəməsinə müraciət edib, lakin şikayət təmin olunmayıb. Bundan sonra İ. Məmmədov kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ. Məmmədov həmin qərardan kassasiya şikayəti verib.




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 26-07-2018, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma