Xəbər lenti

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeganə üzvü deyil”.

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 31-də keçirdiyi brifinqdə rəsmi Yerevanın Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə veto qoymaq barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var”, – o deyib.

Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 592          Tarix: 31-08-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma