Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də ölkəmizə etdiyi bir günlük işgüzar səfəri əsasən ikitərəfli iqtisadi və hərbi-texniki əlaqələrin inkişaf etdirilməsi baxımından şərh etmək olar.

Ovqat.com bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdikdən sonra ölkəsinə geri döndü:

“Putin Bakıda cəmi bir neçə saat oldu. Rusiya dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışmasa da, bu məsələnin bağlı qapılar arxasında danışıqların əsas predmeti olması istisna edilməməlidir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Ermənistanı əldən çıxarmaq istəmir, ona görə də münaqişənin həllində İrəvanı güzəştlərə vadar etməyə tələsmir:

“Ermənistan Rusiya üçün yəni, bu qədər əhəmiyyətlidir? İlin sonuna qədər diplomatik danışıqlarda, yaxud cəbhə xəttində müsbətə doğru dəyişikliklərin olması vacibdir. Əks təqdirdə Rusiya Ermənistanı heç bir güzəşt tanımadan öz orbitində görmək istəyəcək.

İrəvandan fərqli olaraq Bakı Moskva ilə sıx siyasi təmaslarında səmimidir. Ancaq görünür, Rusiya Azərbaycanın bu səmimiyyətini qiymətləndirməyə tələsmir. Hər halda daha bir neçə ay gözləməyimiz məqbuldur. Moskva ilə sıxlaşan diplomatik əlaqələrin gedişatını izləyək”.




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 29-09-2018, 00:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma