Xəbər lenti

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Sentyabrın 29-da “Qarabağa Azadlıq” şüarı ilə keçirilən mitinqi müzakirə edən BAXCP İdarə Heyəti bununla bağlı açıqlama yayıb. BAXCP İdarə Heyəti mitinqə vətəndaşların dəstək vermədiyini, mitinqin Qarabağ naminə milli birliyə töhfə verə bilmədiyini, azsaylı iştirakçısı olan aksiyaların danışıqlar prosesinə mənfi təsir göstərdiyini, mitinqdən sonra bu aksiyaya çağırış edənlərin böyük əksəriyyətinin bir-birini sosial şəbəkələrdə ağır formada təhqirini nəzərə alaraq, eyni şüarla yaxın zamanlarda yeni mitinqin çağırılmasını nəinki təqdir edir, hətta ziyanlı sayır. Buna görə də BAXCP yeni mitinq barədə təşəbbüs göstərənlərə öz məsuliyyətlərini dərk edərək müqəddəs dəyərləri gözdən salmamağı, bir daha mövcüd vəziyyəti düzgün qiymətləndirməyi və öz qərarlarına yenidən baxmağı təklif edir.

 




Ana səhifəyə qayıt        Baxış: 418          Tarix: 8-10-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma