Xəbər lenti

“Azərbaycanda məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq sahəsində üzləşmiş olduqları çətinliyin səbəbi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi çözümün olmamasıdır. BMT tərəfləri münaqişənin sülh yolu ilə həll edilməsi üçün lazımi siyasi iradənin gücləndirilməsinə çağırır”.

Bunu Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda BMT baş katibinin köməkçisi Raşid Xalikov deyib.

O qeyd edib ki, humanitar yardım məsələsi vacibdir, burada yoxsulluğun, işsizliyin aradan qaldırılmasında daha dayanıqlı, güclü, perspektivi olan yanaşma lazımdır: “2018-ci ildə dünyada 134 milyon insanın humanitar yardıma ehtiyacı var. Çətin durumda olan insanlara kömək etmək üçün 25.3 milyard ABŞ dollarının ayrılmasına ehtiyac yaranıb. BMT və onun tərəfdaşları bu istiqamətdə addımlar atırlar. Münaqişə humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır, qaçqınların sayı artır, onlar doğma yurdlarından uzaqda qalırlar.

Türkiyə və İordaniya böyük sayda qaçqını ölkələrinə qəbul ediblər. Kamerun, Sudan və digər az inkişaf etmiş ölkərdə 4.9 milyon qaçqın var. Bu dünya üzrə qaçqınların sayının 28 faizini təşkil edir. Əfqanıstan və bu kimi ölkələrdə gənc nəsil münaqişədən başqa nəsə görməyib. Onların təhlükəsizliyi təmin edilməlidir. BMT-nin baş katibi hamını insan hüquqlarının qorunmasına səsləyir. Humanitar yardım işçiləri üçün təhlükəsiz şərait yaradılmalıdır. Evlərini tərk etmiş, yaşadıqları ərazilərdə dağıntılar olan insanlara qarşı diqqətli olmalıyıq. Biz bunlara göz yuma bilmərik. Azərbaycanda da məcburi köçkünlər var. Onların doğma yurdlarına qayıtmaqda üzləşmiş olduğu çətinliyin səbəbi Dağlıq Qarabağ bölgəsində və ətrafında siyasi münaqişənin siyasi çözümünün olmamasıdır. BMT tərəfləri münaqişənin sülh yolu ilə həll edilməsi üçün lazımi siyasi iradənin gücləndirilməsinə çağırır. Nəinki münaqişələr, hətta təbii fəlakətlərin də baş verməsi insanlara problemlər yaradır”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 25-10-2018, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma