Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin ilə görüşüb.

Strateq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” kimi mühüm sənədlər imzalanıb:

“Bununla yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlığa dair ikitərəfli sazişlər də mövcuddur. Ölkəmiz Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 42% təşkil edib. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1 500-dən çox şirkəti fəaliyyət göstərir. Bnununla belə, Azərbaycan Aİ ilə əməkdaşlığın davamlı olaraq genişlənməsində maraqlıdır”.

Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin Azərbaycan iqtisadiyyatının inkişafı, ölkəmizdə işgüzar fəaliyyətin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni ikitərəfli Sazişə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 117          Tarix: 1-11-2018, 16:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent