Xəbər lenti

AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.

Bu barədə sosial şəbəkələrdə AXCP fəalları məlumat paylaşıblar.

Qeyd edək ki, sanksiyasız aksiya təşkil etdiklərinə görə saxlanan AXCP üzvləri bu gün məhkəməyə çıxarılacaq. Noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı yayılıb. Onlar aşağıdakılardır:

1. Əli Kərimli- AXCP sədri, barəsində İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb;

2. Ramid Nağıyev- 513.2, AXCP təşkilat şöbəsi;

3. Ruslan Əmirov-513.2, Əli Kərimlinin mühafizəçisi;

4. Tahir Həsənov- 513.2, Suraxanı şöbəsi.

5. Cavid İbrahimli- 513.2, Xətai şöbəsi;

6. Sərdar Qubadsoy-513.2, Xətai şöbəsi;

7. Ağababa Cəfərli-513.2, Masallı şöbəsi;

8. Əlixan Rəcəbov- 513.2, Masallı şöbəsi;

9. Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi;

10. Fatimə Mövlamova- 513.2;

11. Nurlan Libre – 513.2;

***

Jurnalist Nurlan Libre və Fatimə Mövlanlı, o cümlədən AXCP üzvlərindən bir nəfər  cərimə edilərək azadlığa buraxılıblar.

***

AXCP sədri Əli Kərimli məhkəmənin qərarı ilə 2500 manat cərimə edilib.

Strateq.az bildirir ki, bu barədə AXCP sədrinin vəkili Fuad Ağayev açıqlama verib.

Vəkil deyib ki, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən məhkəmə prosesində AXCP sədri və digər saxlanılanlarla bağlı qərar verilib. A

XCP-nin digər üzvləri 400-500 manat məbləğində cərimə olunublar.

 




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 19-11-2018, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma