Xəbər lenti

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərtac xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səslənib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 22-11-2018, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma