Xəbər lenti

“Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Onun iddiasına görə, iki girovumuz Dağlıq Qarabağda adam öldürüblər”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, rəsmi  İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir: “Bunu Paşinyanın özü dilə gətirib. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək verirlər.

Paşinyan hələ ki, müqavimət göstərir. Ermənistan baş naziri bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan tam haqlıdır. Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan sərhəddə ələ keçirdiyi erməni diversantlarının sayını artırmalıdır: “Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 22-11-2018, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma