Xəbər lenti

Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.

Strateq.az bildirir ki, tarixçi  Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”.

M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir. Həmin şəxslər kateqoriyalara bölünür: 1800 qolçumaq, 2200 cinayətkar. Onların arasında 500 şəxs “birinci kateqoriyadan olan qolçumaq və 500 cinayətkar” kimi qeyd olunur.

Stalinə yazılan məktubda vurğulanır ki, həbs olunanların 250 nəfəri müsavatçılar, ittihadçılar, daşnaklar və ruhanilərdir. Digərləri isə sovet hökümətinə qarşı mübarizə aparan qaçaq dəstələrinin üzvləridir.

Məktubda Stalindən xahiş olunur ki, həbs edilmiş bu şəxslərin ailə üzvlərinin NKVD-nin düşərgələrinə göndərilməsi təmin olunsun.

Bunun üçün 1937-ci ildə məhkəməsiz qərar çıxaran “üçlük”lərə əlavə buraxılış sanksiyalarının verilməsi istənilir. Məktubda Azərbaycandakı bu qara “üçlük” üzvlərinin adları da qeyd olunub. Bunlar Sumbatov, Teymur Quliyev və Cahangir Axundovdur. M.Bağırov bu adamlara qərar çıxarmaq üçün səlahiyyət verilməsini xahiş edir.

 




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 5-12-2018, 14:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent