Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Milan şəhərində Dağlıq Qarabağ münaqişəsinə dair dekabrın 5-də keçirilmiş danışıqları çox faydalı adlandırıb.

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri əvəzi Zohrab Mnasakanyanla danışıqlar aparıb.

Trendin  verdiyi  xəbərə görə Məmmədyarov görüşdən sonra deyib:“Bu, tərəflərin bir birlərinin mövqeyini daha yaxşı başa düşməsi üçün üç saata yaxın davam edən çox vacib və çox faydalı müzakirə idi. Bu formatda danışıqları yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirmək barədə razılaşma əldə olunub”.

Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən 25-ci iclasının əsnasında görüşüblər.

 




Ana səhifəyə qayıt        Baxış: 573          Tarix: 6-12-2018, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma