Xəbər lenti

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Strateq.az xəbər verir ki, Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

“Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 12-12-2018, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma