Xəbər lenti

“Ermənistanda hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaq. Paşinyanın təzadlı çıxışlarına baxmayaraq, o münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə musavat.com-a açıqlamasında deyib.  Onun sözlərinə görə, bütün hallarda Paşinyanın qələbəsi Azərbaycanın xeyrinədir: “Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o, hakimiyyətin başındadır və cəmiyyət üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır.

H.Hacızadənin sözlərinə görə, yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir: “Bu yaxınlarda Donald Trampın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ermənistanın əvvəlki hakimiyyəti – Qarabağ klanı sülh danışıqlarında kompromisə getmirdi. Paşinyan isə konstruktiv mövqe tuta bilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 438          Tarix: 13-12-2018, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma