Xəbər lenti

 

Birinci Xəzər İqtisadi Forumu Xəzəryanı ölkələr arasında əməkdaşlığa güclü təkan verəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Avqustun 12-də Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu Xəzərdə iqtisadi-ticari, sərmayə əməkdaşlığına güclü təkan vermək məqsədi daşıyır”, - deyən Rusiya rəsmisi forumdan əvvəl Xəzəryanı ölkələrin iqtisadiyyat və nəqliyyat nazirləri səviyyəsində görüşlərin keçiriləcəyini qeyd edib.

“Xəzəryanı ölkələrin prezidentlərinin ötən il verdikləri qərara uyğun olaraq, XİN-lərin himayəsində yaradılan Xəzər dənizi məsələlərinə dair yüksək səviyyəli dövlətlərarası işçi qrupu da gərgin fəaliyyətə başlayıb. Xəzərdə düz istinad xətlərin çəkilməsi üsuluna dair sazışlə bağlı beştərəfli danışıqlara başlanılıb, axtarış-xilasetmə fəaliyyətləri, dəniz nəqliyyatı, elmi tədqiqatlar, gəmiçiliyin təhlükəsizliyi, qanunsuz ov və narkotiklərin dövriyyəsilə bağlı sənədlər hazırlanır”, - Rusiya XİN-in sözçüsü diqqətə çatdırıb.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 1-08-2019, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma