Xəbər lenti

 

“Azərbaycan Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, onların zəngin potensialının hərtərəfli üzə çıxarılmasına yönələn layihələri həyata keçirməyə yüksək dərəcədə maraq göstərir”.

“Report” xəbər verir ki, bu fikirləri Birinci Xəzər İqtisadi Forumu ilə bağlı “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalına müsahibəsində şərh verən Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Odur ki, Türkmənbaşı şəhərində keçiriləcək iqtisadi foruma xeyli əsaslı şəkildə hazırlaşmışıq. Xəzəryanı ölkələr arasında əməkdaşlığın bu formatından əsas gözləntilərimiz regionda həyata keçirilən mühüm təşəbbüslər çərçivəsində qarşılıqlı fəaliyyətin konkretləşməsidir. Bizcə, enerji, logistika və s. sahələrdəki layihələrin fəallaşdırılması ölkərimizdən hər birinin və bütövlükdə Xəzər məkanının mənafeyinə qulluq edəcək”, - deyən nazir regionun zəngin iqtisadi potensialını üzə çıxartmaqda Azərbaycanın bundan sonra da yaxından iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.

“Biz həm iki və üçtərəfli şəkildə, həm də Xəzəryanı ölkələrin hamısını birləşdirən müxtəlif formatlı qarşılıqlı faydalı koperasiya variantlarına açığıq. Əsas məsələ həyata keçirilən layihələrin ölkələrimizin inkişafına, müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə yönəlməsidir”, - E.Məmmədyarov qeyd edib.

Nazir həmçinin Azərbaycanla Türkmənistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.

“Eyni kökdən gəldiyimizdən başqa, xalqlarımızın taleyində mühüm yeri olan Xəzər bizi coğrafi mənada da bir-birimizlə bağlayır. Ona görə də həm Azərbaycanda, həm də Türkmənistanda Xəzərin potensialını üzə çıxartmağa, sahil ölkələri arasında əməkdaşlığın inkişafına bu qədər əhəmiyyət verilməsi heç də təsadüfi deyil”, - E.Məmmədyarov əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: 7-08-2019, 02:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent