Xəbər lenti

 

Fikrət Sadıqov: “Narazılıq artacaq, etiraz aksiyaları genişlənəcək”

Bu günlərdə Ermənistanda etiraz aksiyaları yenidən alovlanmağa başlayıb. Etirazçıların parlament binasını mühasirəyə alması, çoxsaylı problemlərin həlli istiqamətində konkret addımların atılması ilə bağlı səsləndirilən tələblər və s. Paşinyan hakimiyyətinin ağır günlərin astanasında olmasından xəbər verir.

Moderator.az-a açıqlamasında Ermənistandakı mövcud durumu şərh edən politoloq Fikrət Sadıqov düşmən ölkədə ictimai-siyasi təlatümlərin genişlənəcəyini vurğuladı:

“Paşinyana erməni cəmiyyətinin etimadı bitmək üzrədir. O, vaxtiylə mitinqlərdə gurultulu bəyanatlar, vədlər vermişdi. Qeyd etmişdi ki, bir sıra məsələlərin həllinə nail olacayıq. Həmçinin, öz bəyanalarının birində vurğulamışdı ki, 2019-cu il Ermənistanda iqtisadi inqilab ilə olacaq. Çıxışlarının birində isə söyləmişdi ki, əhalinin sayını 5 milyona çatdıracağıq və s. Fantastik ideyaların səsləndirilməsi insanları qıcıqlandırır. Çünki insanların tələb və ehtiyacları tamamilə başqadır. Ermənistan iqtisadi baxımdan dalana dirənən ölkəyə çevrilib. Bu vəziyyətdən çıxmaq üçün konkret addımlar atılmalıdır. Bu addımlar isə atılmır. Paşinyanın nə siyasi təcrübəsi, nə də konkret bir proqramı yoxdur. Onun bəyanatları boş, mənasız vədlərdən ibarətdir. Belə davam edərsə, Ermənistanda yaxın gələcəkdə narazılıq artacaq, etiraz aksiyaları güclənəcək. Paşinyan Sərkisyanın taleyini yaşayacaq. Yaxın gələcəkdə proseslərin məhz bu məcrada inkişaf etməsi ehtimalı böyükdür”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 201          Tarix: 21-08-2019, 00:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma