Xəbər lenti

 

ABŞ prezidentinin administrasiyası doğulmaq hüququna görə vətəndaşlıq verilməsi qaydasını ləğv edə bilər. Prezident Donald Tramp hazırda qüvvədə olan “Vətəndaşlıq haqqında qanunu” “yaramaz” adlandırıb.

“Biz bu məsələni ciddi şəkildə gözdən keçiririk. Sərhədi keçirsiz, uşağı doğursunuz... sonra, təbrik edirəm, budur, uşaq artıq ABŞ vətəndaşıdır. Bu, tamamilə yolverilməzdir”, -deyə Ağ Ev rəhbəri jurnalistlər qarşısında bəyan edib.

Qeyd olunur ki, hələ keçən il “Axios” saytına verdiyi müsahibədə Donald Tramp anadan olma hüququna görə bəxş edilən vətəndaşlığa son verəcəyini demişdi. Lakin hüquq ekspertləri belə bir addımın ABŞ konstitusiyasına zidd olduğunu bildirirlər.
Belə ki, konstitusiyanın 14-cü düzəlişinə görə “Birləşmiş Ştatlarda doğulan və ya sonradan qəbul olunan şəxslər vətəndaş ola bilərlər”. Bu müddəaya əsaslanaraq ABŞ-da anadan olmuş insanlar, onların valideynlərinin vətəndaş olub-olmamasından, hətta ölkə ərazisində qanuni şəkildə qalıb-qalmamasından asılı olmayaraq vətəndaşlıq hüququnu əldə edirlər.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 239          Tarix: 22-08-2019, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma