Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

 

Sosial şəbəkələrdə fəallığını artıran Azərbaycan hakimiyyəti daha bir addım atıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında hökumət təmsilçilərinin bir zamanlar keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.
Hakimiyyətin son vaxtlar fəallaşması müxtəlif mülahizələrə səbəb olub. Belə ehtimallar irəli sürülür ki, hakimiyyətin fəallığı ölkədəki narazılığın artması ilə bağlıdır. Digər tərəfdən bu fəallıq həm də qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirilir.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə bu mülahizələri bölüşmür. Deputat “Yeni Sabah”a açıqlamasında bildirib ki, hakimiyyətin fəallığını bu cür şərh etmək qərəzdən irəli gəlir.

“Azərbaycan hakimiyyəti həmişə fəal olub. Bütün sahələrdə çevik addımlar atılıb. Prezident İlham Əliyevin sosial-iqtisadi sahələrlə bağlı sərəncamları və bu sərəncamların operativ icrası buna nümunə ola bilər”,- deyə Fəzail Ağamalı bildirib.

Deputatın sözlərinə görə, hakimiyyət nümayəndələrinin sosial şəbəkələrə axını, müxtəlif formalarda vətəndaşlarla, media ilə, vətəndaş cəmiyyəti instituları ilə təmasları hansısa narazılıqdan deyil, iqtidarın problemləri operativ şəkildə həll etmək, islahatları genişləndirmək, ölkəni daha da gücləndirmək strategiyasından irəli gəlir.

“Bu gün sosial şəbəkələrin ictimai-siyasi mühitə ciddi təsiri var. Sosial şəbəkələr ictimai rəyin formalaşmasında mühüm vasitəyə çevrilib. Təbii olaraq hakimiyyət də bu vasitədən istifadə edir. Bu, vətəndaşları dolğun məlumatlandrımaq, onlarla bibaşa təmasda olmaq baxımından da mühümdür. Burada hər hansı başqa səbəb axtarmaq doğru deyil”,- deyə Fəzail Ağamalı vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 5-09-2019, 22:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent