Xəbər lenti

 

"Bu gecə saat 22:00-da müddət bitir. ABŞ-ın verdiyi vədlər yerinə yetirilməzsə, əməliyyat daha qərarlı bir şəkildə davam edəcəkdir". 

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi, jurnalistlərə verdiyi açıqlamada deyib. Ərdoğan, bu ana qədər 2200 kkilometrlik bir sahənin terrorçulardan təmizləndiyini bildirib. 

"ABŞ-ın verdiyi vədlər yerinə yetirilməzsə, əməliyyat daha qərarlı bir şəkildə davam edəcəkdir. 2 milyona yaxın Suriyalı buralarda yerləşəcək."

Ərdoğan, Fransa prezidenti Makronun PKK terrorçularına verilən vaxtın uzadılması təklifinə sərt münasibət bildirib. 

"Makron bizə terrorçuların təklifini çatdırır. Bizim bu məsələdə danışıq apardığımız ölkə Fransa deyil, ABŞ-dır" - Ərdoğan belə deyib.
 
Türkiyə prezidenti ölkəsinin Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu bildirərək, İrandan "Barış Pınarı" əməliyatı əleyhinə edilən açıqlamalara da toxunub.

"Bu regionla maraqlanan digər ölkələrdən fərqli olaraq biz 8 ildir Suriya qaçqınlarını ölkəmizdə qəbul edirik. Avropa Birliyi bizə verdiyi sözü tutmadı. Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik. Bizim iradəmiz indiyə qədər necə olubsa, yenə eyni qətiyyətlə davam edəcək. 

İrandan gələn bəzi açıqlamalar həqiqətən məndə ciddi mənada kədərə səbəb oldu. İran nüvə silahı məsələsində bütün dünyanı qarşımıza alaraq, bizim onları necə müdafiə etdiyimizi unudub. Ruhaninin bu hədsiz açıqlamaları susdurması lazımdır. Biz Soçi anlaşmasının üç  tərəf ölkəsiyik. Bu prosesdə olan ölkələr bir-birinə xəyanət edərmi? - Ərdoğan belə deyib. \\Avropa.info 




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: 24-10-2019, 23:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent