Xəbər lenti

 

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, müraciət edən namizədlərdən 2896-sı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə qanunauyğun şəkildə MSK-da baxılır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 31-10-2019, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma