Xəbər lenti

 

Sülh çeşməsi” əməliyyatı Türkiyənin həyati maraqlarına uyğundur. Hansı dövlət bütövlüyünü tamamilə təhdid edən bir terror və separatçı təşkilatın cinayət əməllərinə göz yuma bilər? Heç kim Türkiyənin öz milli təhlükəsizliyi naminə tədbirlər almasına mane ola bilməz. Beynəlxalq media PKK/YPG-dən qaçaraq Türkiyəyə sığınan 400 min suriyalı kürddən danışmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Şarl Sen-Pro Avropanın “Sülh çeşməsi” əməliyyatı ilə bağlı mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, “Sülh çeşməsi” əməliyyatı BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, qanuni müdafiə hüququna uyğun olaraq həyata keçirilib.

Türkiyənin Fransanın ən qədim müttəfiqi olduğunu unudan Fransa rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini pisləyən Şarl Sen-Pro beynəlxalq mediada əməliyyatla bağlı aparılan kütləvi dezinformasiya kampaniyasının ictimai rəyi manipulyasiya etdiyini deyib: “Mediaların arxasında güclü israilli, solçu-kommunist qruplar var. Bu qruplar yalan xəbərləri çoxaldır. Məsələn, YPG/PKK-dan qaçan və Türkiyəyə gedən 400 min suriyalı kürddən danışılmır. Dünya Türkiyənin PKK-nın Suriyadakı qanadı YPG-ni deyil, kürdləri hədəf aldığını iddia edirlər. Ancaq Türkiyə Suriyada dinc əhalini hədəf almadan terroristlərə qarşı mübarizə aparır”.

Fransız politoloq PKK-nın NATO və Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq tanındığını bildirib.

Şarl Sen-Pro qeyd edib ki, Avropa İttifaqının Türkiyə və onun milli təhlükəsizliyinə qarşı çıxması dəhşətlidir.

O, bu terror təşkilatlarının Türkiyənin ərazi bütövlüyünü və birliyini təhdid etdiyini bildirib: “Əməliyyat BMT-nin terrorla mübarizə məsələsində aldığı qərarlara uyğundur. Türkiyənin yox olmasını və zəifləməsini istəmiriksə, Ankaranın müdaxiləsini sadəcə qəbul edə bilərik. Təəssüf ki, bəzi dairələrdə vəziyyət belə görünür”.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) PKK/PYD-yə verdiyi dəstəyə etirazlar Avropada da artmaqdadır. Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Şarl Sen-Pro Avropanın Sülh Çeşməsi əməliyyatı ilə bağlı mövqeyini və terror təşkilatlarına verdiyi dəstəyi tənqid edən əsas mütəxəssislərdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 7-11-2019, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma