Xəbər lenti

 

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Qafqazda sülh məsələsi barəsində danışıb.

Ovqat.com xəbər verir ki, Kılıç "Moderator.az"a açıqlamasında Suriyanın torpaq toxunulmazlığı üçün Rusiya və Türkiyənin birgə çabalarının işğala məruz qalaraq ərazi bütövlüyü pozulmuş Azərbaycana da sirayət etməsinin vacibliyini bildirib:

"Türkiyənin Hələb şəhərindəki keçmiş baş konsulu (2000-2005-ci illər) olaraq bu gün Suriyada yaşanan insanlıq faciəsindən böyükü üzüntü duyuram. Eyni zamanda biz Türkiyə olaraq heç zaman heç bir ölkənin torpağnda gözümüzün olmadığını və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hörmətlə yanaşdıımızı ən yüksək səviyyədə ifadə etmişik, edirik. Məhz buna görə də bu gün Rusiya və Türkiyə arasında Suriyanın torpaq bütünlüyünü qorumaq istiqamətindəki ortaq çalışmalarını yüksək qiymətləndirirəm.

Bu iki ölkənin Suriyada olduğu kimi Azərbaycanın da ərazi bütövülüyünü eyni amacla dəstəkləmələri, bu istiqamətdə birgə fəaliyyət göstərmləri də bütövlükdə Qafqazlara sülh və əmin-amanlıq gətirədi. Bunun üçün yeni nəsə kəşf etməyə də gərək yox. Zatən dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı 4 qətnaməsi (822, 853, 874, 884) ortada və bu qətnamələrə əməl etmək kifayətdir ki, nəhayət uzun fasilədən sonra bölgəyə barış və hüzur gəlsin. Türkiyə Cümhuriyyəti dövləti Azərbaycanın ərazi bütövlüyünün təmini üçün əlindən gələni etməyə hazırdır".




Ana səhifəyə qayıt        Baxış: 329          Tarix: 7-11-2019, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma