Xəbər lenti

 

“Almaniyadakı son "mühacir alverçilәri ovu" vә deportlar arasında әlaqә varmış”.

Bunu Müsavatın aktiv üzvlərindən və Arif Hacılının tərəfdarlarından olmuş Yafəz Əkrəmoğlu (Həsənov) facebook səhifəsində açıqlayıb.

O, ilginc faktlar açıqlayıb: “Aldığım mәlumata görә, noyabrın 14-dә Almaniyadan Azәrbaycana deport edilәn miqrantların bәzilәri bundan bir gün öncә hәbs olunan vә evlәrindә axtarışlar aparılan dәllalların (Müsavat AKM-in rəhbərliyində təmsil olunan mühacir müsavatçılar və digərləri nəzərdə tutulur-red.) qurbanı olublar. Bu dәllalların evindәn xeyli sayda Azәrbaycan vәtәndaşlarının xarici pasportları tapılıb. Pasport sahiblәrinin әksәriyyәti deport qәrarları alıbmış, sadәcә pasportları gizlәdildiyi üçün deport oluna bilmirmişlәr.

Mәlumat üçün: Geri göndәrilәcәk miqrantları aeroportda sәrhәdi keçirmәk üçün xarici pasport, ya da Azәrbaycan sәfirliyindәn alınmış bunu әvәz edәn qısamüddәtli kağız sәnәd vacibdir. Şәxsin razılığı olmadan sәfirlikdən bu kağızı almaq mümkün olmadığlndan almanlar deport qәrarı almış, pasportsuz şәxslәrin geri göndәrilmәsindә çәtinlik çәkirlәr. 13 noyabrdan әvvәl polisdә mәlumat olub ki, axtarış aparılacaq ki, evlәrdә mühacir alveri mәqsәdiylә kimlәrin әllәrindən alınmış xarici pasportlar var. Buna uyğun olaraq hәmin şәxslәrin deport işlәmlәrinә başlanıb vә axtarışlardan dәrhal sonra onlar Azәrbaycana geri göndәriliblәr”. (Musavat.com)




Ana səhifəyə qayıt        Baxış: 270          Tarix: 21-11-2019, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma