Xəbər lenti

Azərbaycan və Ermənistanın dini liderləri görüşəcəklər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskvada bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçiriləcək.

QMİ-dən Trend-ə verilən məlumata görə, görüş Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin təşkilatçılığı ilə baş tutacaq.

Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 28-08-2017, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma