Xəbər lenti

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı informasiyaya münasibət bildirib.

"Report" xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı dəqiq qərarın olmadığını söyləyib.

"Bu, iqtisadi və siyasi məsələdir. Bu məsələ dəqiqliklə qiymətləndiriləcək və sonradan yekun qərar veriləcək", - o deyib.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Minsk şəhərində keçirilən Avrasiya İqtisadi Ali Şurasının iclasında Türkiyə Prezidenti Abdullah Gülün ona Gömrük İttifaqına qoşulmaqla bağlı müraciət etdiyini bildirib.

Avrasiya İqtisadi Birliyi çərçivəsində Gömrük İttifaqına hazırda Rusiya, Belarus və Qazaxıstan daxildir.

 




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 30-08-2017, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma