Xəbər lenti

Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi qədər pul kompensasiyası veriləcək.

"Report"un məlumatına görə, Nazirlər Kabineti 1993-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”ın 26-cı hissəsinə dəyişiklik edib.

Baş nazir Artur Rasizadə tərəfindən imzalanmış qərara əsasən bundan sonra avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi yaşa görə pensiyanın baza hissəsinin 20 faiz məbləğində deyil, əmək pensiyasının minimum məbləğinin 20 faizi qədər pul kompensasiyası veriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 1 026          Tarix: 13-09-2017, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma