Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bunu Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda bəyan edib.

"Gələn bazar ertəsi cənab Putin ilə telefon bağlantımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik. Bütün baş verənləri müzakirə edəcəyik, o cümlədən Suriyanı", deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti görüşün keçirləcəyi məkanın adını açıqlamayıb.




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 20-09-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma